Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı açıqlandı

Baxış sayı:
5593

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 391 975 nəfər təşkil edib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.
Hesabat dövründə Azərbaycan qonşu ölkəyə səfər edən əcnəbilərin sayı baxımından birinci yeri tutub. İkinci yerdə 367 215 nəfərlə Rusiya, üçüncü yerdə isə 326 840 nəfərlə Ermənistan vətəndaşları qərarlaşıb.
Təkcə aprel ayında isə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı illik müqayisədə 0,4% artaraq 99 073 nəfər təşkil edib. Aprel ayında qonşu ölkəyə səfər edən əcnəbi ziyarətçilərin ümumi sayı 647 770 nəfər olub.
İllik müqayisədə bu göstərici 4,6% çoxdur. Ötən ay turist səfərlərinin sayı isə illik müqayisədə 4,2% artaraq 348 519 nəfər təşkil edib.