Bu iki şəxsə diqqət! Səudiyyə onları aradan çıxarmaq istəyir

Baxış sayı:
277

Qaşıqçı araşdırmasında Səudiyyənin baş prokuror ən zirvədəki iki şəxsi ağlamağa çalışır. Bunlar Səud əl Kahtani ilə Əhməd əl Asiridir. Biri vəliəhd şahzadə Məhəmməd bin Salmanın sağ, digəri isə sol qolu kimi tanınır.
 
Haber7 / Taha Dağlı
 
2 oktyabrda İstanbul Baş Konsulluğuna gələn 15 nəfərlik edam qrupu ilə birlikdə cəmi 21 nəfər Qaşıqçı cinayətindən məsul tutulub. Bunlardan 5-nin edamı tələb olunub.
İstintaqda Səud əl Kahtani ilə Əhməd əl Asirinin adları də keçib.
Ancaq Səudiyyə baş prokurorunun açıqlamalarında bu iki nəfəri ağlamağa çalışdığı hiss olunur.
Əl Kahtaniyə istintaq qurtarana qədər ölkə xaricinə çıxma yasağı verilib.
Haqqında dəqiq bir ittiham verilməyib.
Əl Asiri isə yalnız edam qrupuna "Qaşıqçını Ər-Riyada gətirin" göstərişi verməklə ittiham edilib.
Qətl əmrini verdiyi istiqamətindəki iddialar qəti bir dillə yalanlanıb.
Hətta Əl Asirinin "gətirin" deməsinə baxmayaraq, edam qrupunun öz qərarı ilə Qaşıqçını öldürdüyü vurğulanıb.
Halbuki Əhməd əl Asirinin hadisə günü İstanbuldakı edam qrupu ilə Ər-Riyaddan həyata keçirdiyi telefon danışığı qeydiyyatı ortaya çıxmış, o qeydiyyatda Asirinin "Qaşıqçı-nın kəlləsini mənə gətirin" dediyi qeyd olunmuşdu.
Bu iki şəxs cinayətlə bağlı ittiham olunardısa, o zaman vəliəhd şahzadə Məhəmməd bin Salmanın qaçış yolu qalmayacaqdı.
Əl Kahtani ilə əl Asiri-ni ağlamaq, eyni zamanda Məhəmməd bin Salmanı ağlamaq mənasına gəlir.
Bu an üçün edilən də budur.
Bəs Səud əl Kahtani ilə Əhməd əl Asiri kimdir?
Əvvəl əl Kahtanidən başlayaq.
Səud əl Kahtani, Məhəmməd bin Salmanın media üzrə müşaviridir.
İsrail ilə birgə çalışırdı.
İsraildən əldə etdiyi kəşfiyyat izləmə proqramı sayəsində Məhəmməd bin Salmana müxalif olan şəxsləri təqib edirdi.
Camal Qaşıqçı avqust ayında İsrail mənşəli proqram sayəsində təqibə götürülmüşdü.
Qaşıqçı-nın Kanadadakı bir dostu ilə apardığı danışıqları bir-bir dinləyib. O danışıqlarda Qaşıqçı-nın twitter üzərindən vəliəhd şahzadə əleyhinə bir kampaniya başlamaq planını öyrənib.
Əhməd əl Asiri isə Məhəmməd bin Salmanın (MBS) xüsusi kəşfiyyatçısıdır.
İsrail kəşfiyyatı ilə birgə hərəkət edirdi.
Mossad-la yaxın təması vardı.
Əl Kahtan ilə birlikdə İsrailin yardımı sayəsində Camal Qaşıqçı-nın atdığı addımları öyrənib. Sonra da Qaşıqçını İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğuna yönəltmə planını hazırlayıb.
Bu iki şəxs vəliəhd şahzadə tərəfindən qorunur. Çünki bunlar ittiham olunsa, “MBS”-nin də cinayətin başında durduğu aşkara çıxacaq.
Bundan başqa da var.
Bu iki şəxsi əsl qoruyanlar İsraillilərdir.
“MBS”, yarım il əvvəl birinci vəliəhd oldu. O vaxtdan bəri də İsraillə birlikdə hərəkət etdi. Aradakı təması təmin edən isə əl Kahtan ilə əl Asiriydi.
Bu iki şəxs “MBS”-nin digər əlaqələrini də çox yaxşı bilən şəxslərdir.
Çünki əlaqənin bir də BƏƏ və ABŞ ayağı var.
Orada da BƏƏ-nin Vaşinqton səfiri Yusif əl Uteybe və Livan əsilli iş adamı Corc Nader ilə birlikdə çalışırlar.
Bunların icraatı yalnız Qaşıqçı ilə məhdud deyil.
Səud əl Kahtan ilə Əhməd əl Asiri, son yarım ildir Amerikada İsrail lehinə aparılan bütün işləri təşkil edən şəxslərdir. Bu fəaliyyətlərlə ABŞ rəhbərliyinə İsrail adına istədikləri hər bir qərarı qəbul etdirirlər. Bunların içərisində Trampın Qüdsü paytaxt elan etmək və İranla nüvə müqaviləsindən çəkilmə kimi dünya tarazlıqlarını alt üst edən, İsrailin mənafeyinə uyğun qərarlar var.
Yəni İsrail, Tramp üzərindəki təsirini Trampın kürəkəni Jareed Kuşner ilə qurur.
Sonra BƏƏ-ni dövrəyə buraxıb, Məhəmməd bin Salmanı Səudiyyə Ərəbistanının ən güclü adamı edirlər. Əlbəttə bunun qarşılığında “MBS” də İsrail siyasətinə dəstək verir. Aradakı bütün əlaqələr isə “MBS”-nin sağ və sol qolları olan Əhməd əl Asiri ilə Səud əl Kahtan üzərindən aparılır.
O səbəblə Qaşıqçı cinayətində xüsusilə Əhməd əl Asirinin ifşa olması ən çox İsraili narahat edib.
Bu ikisi, bəlkə çox şey bildikləri üçün gələcək bir zamanda insanların xəbəri belə olmadan aradan götürüləcək.
Bəlkə də İsrailin kirli işlərinə çox yaradıqları üçün fəaliyyətlərinə daha gizli şəkildə davam edirlər.
Hazırladı: Müxalifət.az