​Bu iki ölkə 20 il sonra barışdı

Baxış sayı:
3529

Bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Kral Salman bin Əbdüləziz əs-Səudun himayəsi ilə tarixi sülh sazişinin imzalanması mərasimi keçirilib.
Muxalifet.az xəbər verir ki, bu saziş Afrikanın iki dövləti arasında sərhəd mübahisəsi səbəbindən illər boyu davam edən qarşıdurmaya son qoyacaq.
Sülh haqqında sazişi iki dövlətin liderləri – Eritreya Prezidenti İsayas Afevorki və Efiopiyanın Baş naziri Abiy Əhməd imzalayıblar. İmzalanma mərasimində bu hadisə münasibətlə Kralın dəvətinə əsasən Səudiyyə Ərəbistanına gəlmiş BMT-nin Baş katibi Antonio Quterreş iştirak edib.
Afrikanın iki dövləti arasında 1998-ci ildən pozulmuş münasibətlər bu ilin yayından Efiopiyanın Baş naziri Abiy Əhmədin təşəbbüsü ilə düzəlməyə başlayıb. Hazırda ölkələr diplomatik münasibətləri, səfirliklərin işini bərpa ediblər və sərhədləri açıblar.