​Bu hərbi texnika türk ordusunun sərəncamına verildi - Foto

Baxış sayı:
9454

Türkiyədə yeni istehsal olunan təkərli zirehli döyüş texnikası Silahlı Qüvvələrin sərəncamına verilib.
Muxalifet.az xəbər verir ki, yerli texnologiyalarla istehsal olan yeni döyüş texnikası silah və müasir müdafiə avadanlığı ilə təchiz olunub. Bundan başqa, yeni texnika hədəfləri dəqiq vurmaq və döyüş şəraitində yüksək sürətlə hərəkət etmək imkanına malikdir.
Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının arsenalına bu texnikadan birinci mərhələdə 20-sinin verilməsi nəzərdə tutulur. Zirehli maşını 9 nəfərlik heyət idarə edəcək.