Bu həmlə TSK-nın önünü açdı: ƏMƏLİYYAT YOLU AÇILDI

Baxış sayı:
3587

Putinin Suriyanın Lazkiyə bölgəsində yerləşən ordu birliklərinə Rusiyaya qayıtmaqla bağlı verdiyi göstəriş, xüsusilə PKK işğalı altında olan Afrində  də vəziyyəti dəyişəcək.
 
Rusiya, Suriya müharibəsinə birbaşa daxil olduğu 2015-ci ilin sentyabr ayından etibarən meydançada mürəkkəb vəziyyətin dəyişməsini təmin edən əsas amillərdən biridir. Hazırda 300-dən çox Rus əsgərinin olduğu Afrin 2012-ci ildən bu yana PKK-nın işğalındadır. Türkiyəyə qarşı ən böyük təhdid mərkəzi olan və uzunluğu 170 kilometr olan Afrin işğal xəttindən Rus əsgərlərinin çəkilməsi Türkiyənin bütün hazırlıqlarını tamamladığı Afrin Hərəkatı üçün son mərhələ kimi qiymətləndirilir.
 
 BİRGƏ ORDU MASADA
 
“Yeni Şəfəq”in verdiyi xəbərə görə, Suriyanın Lazkiyə, Tartus və Xüms regionlarında hərbi bazalar inşa edən Rusiyanın çəkilmə istiqamətində verdiyi açıqlamanın fonunda İran, Türkiyə və Rusiya əməkdaşlığı ilə yaradılacaq birgə güc layihəsinin olduğu bildirilir. Xama, Xüms, Hələb, Lazkiyə, Dəraa və Hələb bölgələrində təhlükəsizlik və sülhü təsisetmə məqsədi ilə qurulacaq ortaq ordu layihəsinin nümayəndələr səviyyəsində müzakirə olunduğu gələn məlumatlar arasındadır. Suriyada daimi sülhün təmin olunması, birləşmiş ordunun yaradılması, demokratik seçkilərin keçirilməsi, terror təhdidinin ortadan qalxması və etimad mühitinin təsis edilmə prosesinə qədər fəaliyyət göstərəcək olan birgə ordu layihəsi çərçivəsində ilk mərhələdə 20 min əsgər xidmət edəcək.
Xüms, Tarsus, Tedmür, Hələb, Afrin və Lazkiyədə bazaları olan Rusiyanın Suriya daxilində 7 min əsgəri var. Rusiyanın Deir əz Zor bölgəsində yerləşdirdiyi “Turan” Briqadaları və Kadırov tərəfindən göndərilən və Hələbdə xidmət edən Çeçen Sülh Gücünə mənsub əsgərlər 7 min nəfərlik Rus gücü içərisində ən diqqət çəkən hərbi birliklərdir.
 
 S-400-lər QALIR
 
Rus hava qüvvələrinə bağlı 50-dən çox təyyarə və ən az 40 vertolyotla birlikdə 80-dən çox tank, onlarla zirehli maşın və yüzlərlə qaubitsa ilə raket, 2015-2017 illər arasında Əsəd lehinə girilən müharibədə 7 min əsgərlə birlikdə fəaliyyət göstərib.
Suriyadan hərbi gücünü çəkmə qərarı alan Rusiya, S-400 raketləri ilə birlikdə Tartus və Hımeymin Hərbi Bazalarında lazım olan səviyyədə əsgər və silah saxlamağa davam edəcək. Bəşşar Əsəd rəhbərliyinin istifadəsinə verilən, Dəməşq və ətrafına yerləşdirilən S-300 raket sistemləri də yenə ərazilərdə qalmaqda davam edəcək. Rusiyanın Suriyadan çəkəcəyi hərbi güc ən azı mövcud olanın 40 faizi qədər olacağı bildirilir.
 
AFRİNDƏ 300 RUS ƏSGƏRİ VAR
 
Hələbə bağlı Afrin rayonunda 300 Rus əsgəri var. Kefer Cenna, Meydanki, Matar Ziraa və Racoda yaradılan Rus hərbi nöqtələrində xidmət edən Rus əsgərlərin Putinin qərarı ilə çəkilməsi gözlənilir. Təyyarə böhranından sonra Afrində yerləşdirilən 800 rus əsgərinin sayı Türkiyə ilə başlayan normallaşma prosesi ilə 300-ə endirilib. Matar, Mınnag, Tel Rifat, və Hörbülə uzanan 170 kilometr uzunluğa malik xətdən Rusların çəkilməsi ilə Türkiyənin Afrin Hərəkatını başlayacağı fikri hakimdir.
Müxalifət.az