​“BU, HƏM DƏ DÖVLƏTİN İMİC MƏSƏLƏSİDİR” - Qənirə Paşayeva Dağıstanda baş verənlərə münasibət bildirdi

Baxış sayı:
3598

“Dağıstan sərhədində toplanmış vətəndaşlarımızla bağlı ötən gün baş verən hadisələrdən ciddi üzüntü duyduq”.
Muxalifet.az
visiontv.az-a istinadən xəbər verir ki, bu haqda deputat Qənirə Paşayeva açıqlama verib. O, daha sonra bildirib:
“Eyni zamanda bu məsələdən bəzi xarici KİV-in və sosial şəbəkələrdə müəyyən qüvvələrin dövlətimiz əlehinə başlatdığı təbliğatı qınamaqla yanaşı narahat da olmalıyıq. Bu məsələnin qısa zamanda həllini tapması vacibdir. Vəziyyətin bu səviyyəyə çatması çox üzücüdür. Həmin vətəndaşlarımızın karantin rejimi qaydalarına uyğun olaraq, sərhəddən keçidlərinin qısa zamanda təmin olunması çox vacibdir.Sərhədyanı rayonlarımızda kifayət qədər istirahət mərkəzləri, otellər mövcuddur və o insanları orada karantində yerləşdirmək mümkündür. Nazirlər Kabineti yanında Operativ qərargahın sərhəddəki həmvətənlərimizin ölkəmizə keçə bilməsi və karantində qalmasını qısa zamanda təmin edəcəyinə inanırıq. Onların əksəriyyəti sağlam insanlardır. Amma onların kütləvi şəkildə günlərlə bir yerdə olması, koronovirusun yayılma ehtimalını da artırır. Hesab edirəm ki, onların problemi təcili həll olunmalıdır. Bu, həm də bir dövlət olaraq, imic məsələsidir. Çünki, hər gün müxtəlif telekanallar, ölkəmizə qarşı qarayaxma kompaniyaları aparan qüvvələrə arqument verməməliyik. Cənab Prezidentimizin hər bir vətəndaşımıza həssas münasibətini nəzərə alaraq bu məsələnin qısa zamanda həllini tapacağına inanırıq”.
Muxalifet.az