"Bu həbsin hökumətin zirvəsinin siyasi sifarişi əsasında baş verdiyinə şübhə yoxdur" - Əli Əliyevin Hüquqlarının Müdafiə Komitəsi BƏYANAT YAYDI

Baxış sayı:
737

"Biz, Müdafiə Komitəsinin üzvləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin saxta əsaslarla, qurama ittihamlarla cəmiyyətdən təcrid edilməsindən dərin narahatıq. Bunu təkcə Əli Əliyevə qarşı deyil, fikir, söz, özünüifadəetmə azadlığına, vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququna növbəti həmlə, müxalif mövqeyi ilə fərqlənən təsisatların, şəxslərin susdurulması cəhdi kimi dəyərləndiririk, onsuz da ağır olan repressiv mühitin daha da dərinləşdiyini, siyasi ağırlıqlı cinayət təqiblərinin tam adi xarakter aldığını vurğulayırıq".

Muxalifet.az xəbər verir ki, bu haqda Əli Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin bəyanatında vurğulanır: 

Müdafiə Komitəsi qeyd edir ki, 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəzanın nəticəsində 14 hərbçi həlak olub, 2 hərbçi ağır xəsarətlər alaraq yaralanıb. Baş vermiş hadisə ilə əlaqədar VİP sədri Əli Əliyev “Osmanqızı TV” YouTube kanalında çıxış edib, helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü önə çəkib, müəyyən fərz və ehtimallar üzərində nitqini qurub. Qəza nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə əsasən VİP sədri Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında şikayət veriblər. Baxmayaraq ki, Əli Əliyev xüsusi ittihamçıların adını, soyadını mətn və nitqlərində hallandırmayıb, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymayıb, hadisənin baş vermə mexanizmi barədə subyektiv mülahizə yürüdüb.

Müdafiə Komitəsi bildirir ki, xüsusi ittihamçıların və təqsirləndirilən şəxsin məhkəmə qarşısında bərabərliyi, müdafiə hüququ, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi təmin edilməyib, çəkişmə prinsipi kobud şəkildə pozulub. Müdafiəçi Cavad Cavadova iş materialları ilə tanış olmaq üçün cəmi 30 dəqiqə vaxt verilib, müdafiəni təşkil etmək əngəllənib, çıxış üçün 5 dəqiqə zaman ayrılıb. Əli Əliyevin səhhətinin pisləşməsinə, qan təzyiqinin kəskin qalxmasına baxmayaraq, tibbi xidmət göstərilməsinə və təqsirləndirilən şəxs kimi son söz belə söyləməsinə imkan verilməyib, tələsik surətdə proses yekunlaşdırılıb. Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasının alternativ xarakterli olmasına, yüngül cəza növlərinin-cərimənin, ictimai işlərin, islah işlərinin təsbit edilməsinə baxmayaraq, daha ağır cəza- azadlıqdan məhrum etmə seçilib ki, bunun da hökumətin zirvəsinin siyasi sifarişi əsasında baş verdiyinə şübhə yoxdur.

Müdafiə Komitəsi göstərir ki, VİP sədri Əli Əliyev son dövrlər hakimiyyətin yürütdüyü siyasəti sərt tənqid edən partiya sədri kimi diqqət cəlb edirdi. Şəksizdir ki, Əli Əliyevin daha əvvəl Baş Prokurorluğa dəvət edilərək əsassız xəbərdarlığa məruz qalması, bu, nəticə vermədikdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən jurnalist Elçin Rəhimzadə ilə birlikdə saxlanılıb, bir neçə saat dindirilməsi onun fikir və siyasi əqidəsindən dönməyə məcbur edilməsi məqsədi güdüb.

Müdafiə Komitəsi bəyan edir ki, Əli Əliyevin ehtimallar üzərində qurduğu sözügedən nitqi söz və fikir azadlığına əsaslanır və Ümmumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu (Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir), Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 19-cu (Hər bir insan maneəsiz olaraq öz fikirlərində qalmaq hüququna malikdir), Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (İfadə azadlığı), Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci (söz və fikir azadlığı) maddələrinə tam uyğundur.

Müdafiə Komitəsi olaraq tələb edirik ki, VİP sədri Əli Əliyevin konvensional və konstitusion azadlıq hüququ dərhal tanınsın, ümumiyyətlə, böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan normalar dekriminallaşdırılsın, söz, fikir, rəy və ehtimallara görə təqiblər dayandırılsın.

Müdafiə Komitəsi qüvvədə olan milli və beynəlxalq qanunvericilik çərçivəsində bütün alət və üsullardan yararlanmağa çalışacaq, VİP sədri Əli Əliyevin azad edilməsinə səy göstərəcək, zəruri addımları atacaq, hazırkı repressiv tədbir barədə insan haqları sahəsində ixtisaslaşan xarici təsisatları, siyasi güc mərkəzlərini, eləcə də Azərbaycandakı diplomatik korpus və səfirlikləri ətraflı məlumatlandıracaq.

Müdafiə Komitəsi olaraq Azərbaycan ictimaiyyətini Əli Əliyevin hüquqlarını fəal şəkildə müdafiə etməyə səsləyir, onun ətrafında cərəyan edən qanuna zidd proseslərə laqeyd qalmamağa dəvət edir, həbsə dair siyasi sifariş verən hökuməti ən geci apellyasiya baxışında əsassız və qeyri-hüquqi təqibi aradan qaldırmağa dəvət edir.

Müdafə Komitəsinin sədri:

VİP sədrinin 1-ci müavini Cahan Əliyeva

Üzvlər:

Rəşid Mahmudov -ATU-nun dossenti,tibb elmləri namizədi,əməkdar müəllim

Arif Hacılı-Müsavat Partiyasının başqanı

Qubad İbadoğlu-Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri,iqtisad elmləri namizədi

İqbal Ağazadə-Ümid Partiyasının sədri

Pənah Hüseyn-Azərbaycan Xalq Partiyasının sədri

Əhməd Oruc-Azadlıq Partiyasının sədri

Mətləb Mütəllimli-Sosial Ədalət Partiyasının sədri,istiqlalçı deputat

Anar Əsədli-Azərbaycan Yüksəliş Partiyasının sədri

Sərdar Cəlaloğlu-Azərbaycan Demokrat Partiyasının sədri

Mirkazım Seyidov-Böyük Dayaq Partiyasının sədri

Sülhəddin Əkbər - Azad Demokratlar Partiyasının sədri

Mirmahmud Mirəlioğlu-Klassik Xalq Cəbhəsi Partiyasının sədri, istiqlalçı millət vəkili

Nemət Pənahlı-Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri

Tural Abbaslı-Ağ Partiyanın başqanı

Gülağa Aslanlı-Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri

Tofiq Yaqublu-Milli Şuranın KM-nin və Müsavat Partiyasının üzvü

Zəlimxan Məmmədli-Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri

Seymur Həzi-Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini

Rəhim Qazıyev-sabiq müdafiə naziri

Bəxtiyar Hacıyev-ictimai fəal

Zaur Əkbər- “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçisi

Seyran Rəfiyev-Azərbaycan Ziyalılar Birliyinin sədrinin müşaviri, HƏP-in məclis üzvü

Zəfər Əhmədov-“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçisi

İlkin Rüstəmzadə-ictimai fəal

Kəramət Böyükçöl-yazıçı

Sevinc Osmanqızı-jurnalist

Fikrət Cəfərli-"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" İctimai Birliyinin rəhbəri

Sərdar Əlibəyli-jurnalist

Rüfət Muradlı-Azərbaycan Demokratiya və Rifah Partiyası İdarə Heyətinin üzvü, jurnalist

Mehman Əliyev-Turan İnformasiya Agentliyinin direktoru

Anar Məmmədli-Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri

Fəhmin Hacıyev-Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq komandanı

Ilqar Hüseynli-Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri

Ruslan İzzətli-siyasətçi

Əlövsət Sadıqlı-Azərbaycan Demokratiya və Rifah Partiyasının İdarə Heyətinin üzvü,hüquq müdafiəçisi

Əli Mustafa- Demokratik Dəyişim Partiyasının Təşkilat Komitəsinin sədri

Elçin Rəhimzadə-Bumerang media kanalının rəhbəri, jurnalist

Eldəniz Quliyev-yazıçı,kinodramaturq

Vidadi Mirkamal-Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü

Elçin Dərvişoğlu – jurnalist

Elçin Şıxlı-Azərbaycan Jurnalistlər Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

İsfəndiyar Vahabzadə-Haqq Ədalət Partiyası sədrinin müavini

Mehman Hüseynov-jurnalist

Hilal Məmmədov-hüquq müdafiəçisi

Fərhad Mehdiyev-hüquqşünas

Zahir Əmənov-jurnalist

Abid Qafarov-Bakı Birlik Təşkilatının rəhbəri

Akif Hacıyev-ATU-nin dossenti

Bəhram İsmayılov -Azərbaycan Yüksəliş Partiyası sədrinin müavini

Ədilə Əflaki-Azərbaycan Respublikasının əməkdar artisti

Fuad Qəhrəmanlı-AXCP Rəyasət Heyətinin üzvü

Hacıbaba Əzimov-Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri,istiqlalçı deputat,professor

Adil Qeybulla-ATU-nun professoru,tibb elmləri doktoru

Namizəd Səfərov-Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru,hüquqşünas

Ələsgər Məmmədli-hüquqşünas

Firudin Cəlilov-Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini,sabiq təhsil naziri,filologiya elmləri doktoru,professor

Akif Qurbanov-Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri

Babək Muğanlı-Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü

Vüqar Məmmədov-"Hürriyət" qəzetinin baş redaktoru

Əbil Həsənov-yazıçı

Şahin Nəcəfov-Prime Tv-nin rəhbəri

Rüfət Səfərov-“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının koordinatoru

Araz Zeynalov-jurnalist

Hatəm Nəbioğlu-bəstəkar, Azərbaycan Rəssamlar İttifaqının üzvü

Dilguşə Gülümcan- VİР Siyasi Şurasinin üzvü,Qadinlar Komitəsinin sədri

Afət Babayeva– VİР sədrinin hüquq məsələləri üzrə müavini

Yusif Vəliyev-VİР sədrinin iqtisadi məsələlər üzrə müavini

Ağaəli Qaçayev-VİР sədrinin siyasi məsələlər üzrə müavini

Məzahim Quliyev-VİР sədrinin İnformasiya texnologiyalar üzrə müavini

Əflatun Quliyev- VİP Siyasi şura üzvü

Zeynal Abdullayev-VİР sədrinin təbliğati məsələlər üzrə müavini

Zaur Qasimov-VİР sədrinin təşkilati məsələlər üzrə müavini

Məhərrəm Vəliyev-VİР Abşeron rayon təşkilatinin sədri

Akif Şükürov - VİP Siyasi şura üzvü

Hikmət Haciyev- VİP Binəqədi rayon təşkilatinin sədri

Oruc Orucov-VİР sədrinin müşaviri

Muxalifet.az