Bu hava yolu şirkəti qolf ləvazimatlarını pulsuz daşıyacaq - Səbəb

Baxış sayı:
3580

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” milli aviasiya şirkəti Əbu-Dabi şəhərini qolf idmanı həvəskarları üçün daha cəlbedici etmək üçün qolf ləvazimatlarını pulsuz daşımağa qərar verib.
Qolf idman növü Əbu-Dabinin turizm strategiyasında mühüm yer tutur, idmançılar şəhərdə adi turistlərdən iki gün yarımdan çox vaxt keçirirlər. Qolfçular tez-tez ailələri ilə birlikdə səyahət edirlər ki, bu da turistlərin sayını artırır. “Etihad Airways” aviaşirkətinin yeni qaydalarına əsasən, qolfçuların içərisində qolf ağacı, bir cüt çəkmə, çətir və çadır olan əlavə çantanı pulsuz aparmasına icazə veriləcək.
Aviaşirkətin turizm istiqamətlərinin inkişafı üzrə vitse-prezidenti Hareb Al Muhairi deyib: “Qolf meydançaları BƏƏ-yə gələn turistləri cəlb edən mühüm aspektdir. Biz qolf həvəskarlarını salamlayırıq və onları şəhərimizdə görməkdən şad olarıq. Ləvazimatların pulsuz aparılması dünyanın ən gözəl məkanlarından birində istirahət edən qolf həvəskarları üçün gözəl hədiyyədir.
“Etihad Airways” aviaşirkəti BƏƏ-də qrup halında qolf turnirləri təşkil edən “Hala Abu Dhabi” komandası ilə sıx əməkdaşlıq qurub, paytaxtda qolf cəmiyyətinin fəaliyyətində yaxından iştirak edir, onun dünya səviyyəli idman istiqaməti imicini möhkəmləndirir”.
Hər il yaşıl və geniş qolf meydançalarından zövq almaq üçün Əbu-Dabiyə minlərlə qolfçu axın edir. “Etihad Airways“ Avropa Qolf Assosiasiyasının (EGA) hər il paytaxtda keçirdiyi “Abu Dhabi HSBC” çempionatının rəsmi tərəfdaşıdır. Bu yarışlar dünya qolf ulduzları ilə yanaşı, minlərlə tamaşaçını da cəlb edir.