​"Bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır" - YILDIRIM

"Türkiyə Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınmış toqquşmalar nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycan xalqının kədərini bölüşür".
Muxalifet.az xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) iclası zamanı Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Baş nazirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, qanayan yaradır.
Binəli Yıldırım bildirib: "Azərbaycan ərazisi Ermənistan tərəfindən işğal olunub və bu problem hələ həll olunmayıb. Azərbaycanın dərdi - Türkiyənin dərdidir, Azərbaycanın xoşbəxtliyi - Türkiyənin xoşbəxtliyidir. Bir daha vurğulamaq istəyirəm ki, bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır".