Bu gündən ali məktəblərə sənəd qəbulu başlayır

Baxış sayı:
1680

Bu gündən etibarən ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlər üçün sənəd qəbulu başlayır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin sənəd qəbulu 12 may-5 iyun tarixlərində onlayn şəkildə aparılacaq.

İmtahanların 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının hər hansı biri  üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərtilə V ixtisas qrupu üzrə də müsabiqədə iştirak edə bilərlər.