Bu gün Ukraynada BÖYÜK DEBAT OLACAQ - Poroşenko-Zlenski debatına 70 min bilet satılıb

Baxış sayı:
12019

Bu gün Bakı vaxtı ilə saat 20:00-da Kiyevin “Olimpiyski” stadionunda keçiriləcək debata bütün biletlər satılıb.

“The Times” telegram-kanalı xəbər verir ki, debatda Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko və prezidentliyə namizəd, aktyor Vladimir Zelenski üz-üzə gələcəklər.

Xatırladaq ki. son reytinq sorğularının nəticələrinə görə, Zelenski seçicilər arasında populyarlığına görə Poroşenkonu az qala 3 dəfə üstələyir.

Prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək./virtualaz.org/