Bu gün üç güləşçimiz medal görüşlərinə çıxacaq

Baxış sayı:
7729

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Yarışın dördüncü günündə üç qadın güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.
Bunlar Türkan Nəsirova (-50 kq), Elmira Qəmbərova (-59 kq) və İrina Netrebadır (-68 kq). İlk iki idmançımızın rəqibi müvafiq olaraq Evin Dəmirhan (Türkiyə) və Anqelina Lisakdır (Ukrayna).
İrina Netreba isə Aqneşka Veşçek-Kordus (Polşa) – Yeni Franson (İsveç) cütünün qalibi ilə bürünc medal görüşündə üz-üzə gələcək.
Bundan başqa, bu gün Tatyana Varansova (-53 kq), Tatyana Omelçenko (-62 kq) və Elis Manolova (-65 kq) mübarizəyə qoşulacaq. İlk iki idmançı 1/8 finalda, bolqar legionerimiz olan Manolova isə təsnifat mərhələsindən etibarən mübarizəyə başlayacaq./oxu.az