​Bu gün Suriya ABŞ-ın zərbəsini qeyd edəcək

Baxış sayı:
1768

Bütün Suriya bu axşam ABŞ, İngiltərə və Fransanın hücumunun dəf edilməsini qeyd edəcək.
Muxalifet.az  xəbər verir ki, bunu Suriyanın Baş naziri İmad Hamis Rusiya heyətinin kordinatoru Dimitri Sablinlə görüşü zamanı söyləyib. Sablin isə Suriyadakı vəziyyətin yaxşılaşdırılması üçün Rusiyaya ehtiyac olduğunu bildirib:
“Bu gün Şərqi Qutadakı vəziyyəti gözlərimizlə gördük. Görüləcək çox iş var. Bunun üçün təcrübə lazımdır. Rusiya bu təcrübəyə sahibdir”.
Xatırladaq ki, ABŞ, Fransa və İngiltərə Suriyada rejimə məxsus hərbi obyektlərə zərbələr endirmişdi.