​Bu gün Romada UEFA prezidenti seçkisi keçiriləcək

Baxış sayı:
4645

Bu gün İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü Konqresi keçiriləcək.
Muxalifet.az xarici KİV-ə istinadən bildirir ki, toplantıda Avropa futbol qurumunun növbəti 4 il müddətinə prezidenti seçiləcək. Səsvermə alternativsiz olacaq. Təşkilatın hazırkı rəhbəri Aleksandr Çeferin bu posta vahid namizəddir. Onun namizədliyini UEFA-ya üzv olan bütün 55 milli asssosiasiya, o cümlədən, AFFA da dəstəkləyib. Bu səbəbdən, seçki formal əhəmiyyət kəsb edir.
Bakı vaxtı ilə saat 12:30-da başlanacaq Konqresdə UEFA İcraiyyə Komitəsinə 8 üzv də seçiləcək.
Qeyd edək ki, Aleksandr Çeferin UEFA-ya 14 sentyabr 2016-cı ildən rəhbərlik edir.