Bu gün "Qarabağ" “Kəpəz”lə üz-üzə gələcək

Günün digər görüşündə Zirə Neftçi ilə gücünü sınayacaq
 
Bu gün keçiriləcək daha 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.
Turun ikinci oyun günündə əvvəlcə "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gələcəklər.
Gəncə şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı FİFA referisi Rəhim Həsənov idarə edəcək. 9 turdan sonra "Qarabağ" 22 xalla 1-ci, 10 oyundan 8 xal toplayan "Kəpəz" 8-ci pillədə qərarlaşıb.
Komandalar indiyədək 46 dəfə üz-üzə gəlib. 14 matçda Gəncə, 23 görüşdə Ağdam komandası qələbə qazanıbsa, 9 qarşılaşmada qalib müəyyənləşməyib.
Topların nisbətində də "Qarabağ" öndədir - 63:54. Son 4 oyunda Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv qalib gəlib. Ümumilikdə "Kəpəz" 21 oyundur qələbə qazanmır.
Günün digər görüşündə "Zirə" "Neftçi"ni sınağa çəkəcək. 10 turdan sonra "Zirə"nin 21, "Neftçi"nin 13 xalı var. Bu, iki komanda arasında yubiley - 10-cu oyun olacaq. Əvvəlki 9 matçın 7-də "Zirə" qalib gəlibsə, 2 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbəti 13:3-dür.
Son 5 qarşılaşmada “Zirə” qələbə qazanıb. Beləliklə, "Neftçi" meydana rəqibi üzərində ilk, Premyer Liqada isə ardıcıl 5-ci qələbə üçün çıxacaq. Buna nail olacağı halda, flaqman yenidən 4-cü pilləyə yüksələcək.
Azərbaycan Premyer Liqası, XI tur
5 noyabr (bazar)
15:00. "Kəpəz" – "Qarabağ"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
17:00. "Zirə" – "Neftçi"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Fariz Yusifov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" "Səbail"i, "Sumqayıt" "İnter"i eyni hesabla yenib - 3:1.