BU GÜN OD ÇƏRŞƏNBƏSİDİR

Baxış sayı:
2190

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

Kult.az-ın xəbərinə görə, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir.

Od çərşənbəsi qədim insanların oda olan inamından qaynaqlanıb.

Od çərşənbəsinin mahiyyətində odun qədimdən insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur.

Qədim türk təfəkkürünə görə, od insanı şərdən qoruyur, sehri-cadunu batin edir, insanı təmizləyir. Təsadüfü deyil ki, qədim ənənədə yadelli elçilər əvvəlcə odun üstündən atıldıqdan, təmizləndikdən sonra türk xaqanı onları qəbul edirdi.

Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcud olub.