Bu gün Milli Məclisin buraxılması gözlənilir

Baxış sayı:
6430

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə cəmi bir məsələ daxildir - parlamentin buraxılması. Məlumata görə, deputatlar Yeni Azərbaycan Partiyasını təmsil edən parlament üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə Milli Məclisin ləğvi ilə bağlı müraciətini müzakirə edəcəklər. Qeyd edək ki, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisi ləğv etmək təşəbbüsü ilə çıxış etmək tövsiyə olunub.//virtualaz