Bu gün Hamburqda Türkiyə və Rusiya prezidentləri görüşəcək

Almaniyanın Hamburq şəhərində G20 samitinin ikinci – sonuncu günü başlayıb.
 
 Birinci gündən fərqli olaraq, bu gün “Böyük 20-liy”in zirvə görüşündə daha sakit gün gözlənilir.
Şənbə günü Hamburqda Vladimir Putinin dörd görüş planlaşdırdığı məlum olub. Rusiya prezidenti türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan, Fransa prezidenti Emmanuel Makron, Almaniya federal kansleri Angela Merkel və Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerlə görüşəcək.