Bu gün "Eurovision"da böyük final həyəcanı yaşanacaq - FOTO, VİDEO

Baxış sayı:
10909

Bu gün "Eurovision-2019" mahnı müsabiqəsinin böyük final həyəcanı yaşanacaq.

Musavat.com xəbər verir ki, İsrailin Təl - Əviv şəhərində baş tutacaq final gecəsində 26 ölkə təmsilçisi çıxış edəcək. Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya, İsrail, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San Marino, Sloveniya, Şimali Makedoniya, Hollandiya, Albaniya, İsveç, Rusiya, Azərbaycan, Danimarka, Norveç, İsveçrə, Malta təmsilçisi öz şousunu bir daha göstərərək birincilik uğrunda mübarizə aparacaq. Azərbaycan təmsilçisi Çingiz Mustafayev 20 nömrə altında finalın ikinci hissəsində səhnəyə çıxacaq. O "Truth" mahnısı ilə qonaqların qəlbini fəth etməyə səy göstərəcək.

Gecənin xüsusi qonağı dünya şöhrətli Madonna olacaq. O yarışma üçün xüsusi hazırladığı repertuarı səsləndirəcək. Bundan əlavə illər öncə "Eurovision"da qalib gəlmiş Netta Barzilai, Dana International, Konçita Vurst, Mons Zermerlyova və Verka Serdyuçka müsabiqəyə rəng qatmaq üçün çıxış edəcək.

Səsvermədə müsabiqənin münsiflər heyəti ilə bərabər yarışmaya qatılan 41 ölkə də iştirak edə biləcək. Hər ölkənin 1-dən 12-yə kimi bal vermək şansı var.

Müsabiqə İTV vasitəsilə saat 23:00-dan etibarən canlı yayınlanacaq. Gecəni müğənni Murad Arif şərh edəcək. Səsləri isə xalq artisti Faiq Ağayev canlı yayımda açıqlayacaq.

Könül