Bu gün bunları əsla etmək olmaz! - VACİB XƏBƏRDARLIQ

Baxış sayı:
14539

“Aşura Azərbaycanda əsrlərlə qeyd olunan mərasimdir. Bu ənənə ölkəmizdə yaşamağa hələ də davam edir. Xüsusilə klassik Azərbaycan ədəbiyyatında ona müraciət olunub, qəsidələr oxunub, insanlar nizamlı şəkildə Aşura mərasimlərini icra ediblər. Azərbaycan unikal bir ölkədir ki, burda məzhəbindən asılı olmayaraq, müsəlmanların hamısı həmin hadisəni bu və ya digər şəkildə qeyd edir.
Qafqaz Müsəlmanları İdarəsinin fətvasında da deyildiyi kimi, bədəninə xəsarət yetirmək, ifrat şəkildə əzadarlıq mərasimi keçirilməsi dini nöqteyi-nəzərdən də qadağandır. Bu, Kərbəla hadisəsinin mahiyyətinə kölgə salmaqla yanaşı, eyni zamanda insanlar arasında mənfi əhval-ruhiyyə yaradır. Odur ki, bu şəkildə əzadarlıq qəbul edilməzdir”.
Bu sözləri tanınmış ilahiyyatçı, “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Aşura gününün mahiyyəti haqqında Publika.az-a danışarkən deyib. O bildirib ki, artıq Azərbaycanda qan çıxartmaq və baş yarmaq kimi halların sayı demək olar ki, kəskin şəkildə azalıb:
“Artıq Azərbaycanda baş yarmaq, qan çıxarmaq kimi hallar müşahidə edilmir. Bu mərasimlər ənənəvi şəkildə qeyd olunur, indiyə kimi Aşura günü ilə bağlı hər hansı insident qeydə alınmayıb. Eyni zamanda məscidlərdə qanvermə aksiyaları keçirilir. Qanvermə aksiyaları isə Kərbəla mahiyyəti ilə tam uzlaşır. Çünki İmam Hüseyn ə.s. insanlıq uğrunda fədakarlıq edibsə, biz də insanlara həyat bəxş etməklə, xəstəlikdən əziyyət çəkən insanlara yardım etməklə, əslində bu hadisənin mahiyyətinə uyğun hərəkət etmiş və Allah yanında da böyük savaba çatmış oluruq”.
Daha sonra ilahiyyatçı Aşura günündə səsləndirilən mərsiyə mövzusuna toxunub:
“Məscidlərdə mərasim keçirilərkən nizam-intizama riayət olunmalıdır. Yaxşı olardı ki, pərakəndəlik olmasın deyə, məclislər bir mərkəzdən idarə olunsun. Odur ki, məscid daxilində hər kəsin ayrı məclis qurub mərsiyə oxunması düzgün deyil.
Bu gün matəm günüdür, amma günlə bağlı islam dinində hər hansı vacib şəriət hökmü yoxdur. Yəni sabun əritmək, paltar yumaq, işə getmək olmaz kimi qadağalar mövcud deyil. Aşura günü kim nə edirsə, mənəvi borc olaraq yerinə yetirir, bütün şadlıqları özlərinə haram buyururlar. Gününü Aşuraya həsr edən, həmin gün heç bir iş görməyən insanlar bunu sevgisindən edir. Ümumilikdə insanlar öz yaxınlarını itirdikdə hansı əməllərə riayət edirlərsə, Aşura günü də bunu könül xoşluğu ilə adət kimi icra edirlər. Bu məsələlər din və şəriət ehkamları ilə tənzimlənmir”.