Bu gün başlayır. Rusiya ABŞ-a belə cavab verəcək

Baxış sayı:
1393

 Rusiyanın, tarixində ilk dəfə Aralıq dənizində donanma və hava qüvvələrinin iştirakı ilə təşkil etdiyi təlim bu gün başlayır.
 
Təlimi “Kommersant” qəzetinə dəyərləndirən Berkli Universitetinə bağlı ABŞ Donanması Araşdırma Mərkəzindən müdafiə mütəxəssisi Dmitri Gorenburg, təlimin ABŞ-ın bölgədəki hərəkətlərinə verilən bir cavab olduğunu deyib. Gorenburg, "Bu vəziyyət, təlimin vəzifələri arasında sualtı gəmilərdən müdafiə ünsürlərinin olduğunu sübut edir. Çünki təlim, regionda Ohayo və Virciniya tipli, Suriyanı vurmaq gücünə malik ən az 2 ABŞ sualtı gəmisinin aşkar edilməsi ilə bağlı olaraq aparılır" deyib.
 
ƏHƏMİYYƏTLİ OLAN MƏQSƏDDİR
 
Bölgədə hansı qüvvələrin daha çox olmasının əhəmiyyət daşımadığını ifadə edən müdafiə mütəxəssisi, əhəmiyyətli olan nöqtənin müəyyənləşdirilməsi və ərazi olduğunu qeyd edib. Gorenburg, "Hazırda ABŞ Suriyadan qoşunlarını və təchizatını çəkir və belə bir vəziyyətdə Vaşinqtonun qəfil hücum təşkil edəcəyini proqnozlaşdırmaq qəribə olur" şərhini verib. Ağ Evdə Suriya strategiyası mövzusunda fikir ayrılığı baş verdiyinə də diqqət çəkən Gorenburg, "Prezident Donald Tramp, Suriyadakı hərbi mövcudluğu azaltmaq istəyir, ancaq hakimiyyətdəki bir çox şəxs hərbi mövcudluğun davam etdirilməsi lazım olduğuna inanır" - deyə əlavə edib.
Müxalifət.az