​BU GÜN ATATÜRKÜ ANMA BAYRAMIDIR

Baxış sayı:
1816

Türkiyədə Atatürkü Anma, Gənclik və İdman bayramı qeyd edilir.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, 19 may 1919-cu ildə Mustafa Kamal Atatürk Samsunda türk gəncliyi qarşısında çıxış edərək, Türkiyə ərazilərini işğal edənlərə qarşı səfərbərlik elan edib. Atatürkün bu çıxışı türk xalqının milli azadlıq savaşını başladıb.
Türkiyənin müstəqillik və inkişafının əsas hərəkətverici qüvvəsi olan gənclərin şərəfinə sonradan 19 May - İdman və Gənclik bayramı kimi qeyd edilməyə başlanıb.
Qeyd edək ki, bu bayramın adı indiyə qədər üç dəfə dəyişilib. 1935-ci ildə bayram Atatürk günü kimi tarixə düşüb. 1938-ci ildə bayrama Atatürkün əmri ilə Gənclik və İdman Bayramı adı verilib.
1981-ci ildən isə bayram Atatürkü Anma, İdman və Gənclik bayramı adlandırılır.