Bu görüntülər Azərbaycanda çəkilib? - FOTO/VİDEO

Baxış sayı:
18322

Sosial şəbəkələrdə azyaşlı uşağa qadın tərəfindən işgəncə verilməsiylə bağlı daha bir video yayılıb. Muxalifet.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, sözügedən video azərbaycanlı məşhurları da ayağa qaldırıb. Belə ki, müğənni Nazəninlə Mətanət İsgəndərli instaqram hesablarında paylaşım edərək azyaşlıya işgəncə verən qadının tapıb cəzalandırılmasını istəyiblər. Lakin araşdırmalar nəticəsinə məlum olub ki, həmin görüntülər Azərbaycanda deyil, Meksikada çəkilib. Sözügedən video ilə bağlı xarici KiV-lərdə də məlumatlar yer alıb.