Bu görüntü PKK-nı qorxutdu! TƏLAŞA DÜŞDÜLƏR

Baxış sayı:
3586

Terror təşkilatı PKK-nın Suriyadakı davamı YPG-yə qarşı əməliyyat hər an başlaya bilər. Təşkilatın başçılarından olan Mustafa Karasu, Putin ilə Ərdoğanın razılaşaraq YPG-ni hədəf almasının səhv bir addım olacağını söyləyib.
 
Əməliyyat öncəsi Türkiyə ilə Rusiya arasındakı danışıqlar sürətlənib.
 
Ötən həftə Türkiyənin müdafiə naziri Hulusi Akar ilə MİT rəhbəri Hakan Fidan, Rusiyada prezident Vladimir Putin ilə görüşüb.
Bu danışıqların sürətlənməsi terror təşkilatı PKK-da təlaş yaradıb.
 
RUSİYA-TÜRKİYƏ TƏRƏFDAŞLIĞI
 
Terrorçu başlarından olan Mustafa Karasu, Rusiyanın Türkiyə ilə razılaşaraq YPG-yə hücum etməyi planlaşdırdığını, ancaq bunun yanlış olacağını ifadə edib.
 
MÜNBİÇ PLANI
 
Karasu, Türkiyənin Cerablus, Əl Bab və Afrində güclənməyə çalışdığını və Rusiya ilə birlikdə Münbiç planları hazırladıqlarını deyib.
Müxalifət.az