​Bu gizli səs yazısı sübut etdi ki... – Rus ekspert

Baxış sayı:
6526

Ermənistanda hər şey Nikol Paşinyanın istəyinə əsasən bir-birinə diktə edən qurumlara görə formalaşır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Sergey Markov ATV-yə açıqlamasında Vanetsyan və Xaçatryan arasında Ermənistan siyasi gündəmini silkələyən gizli səs yazısının yayılmasına münasibət bildirərkən deyib.
“Bu telefon zəngi sübut etdi ki, hazırda Ermənistanda xüsusi xidmət orqanları hakimlərə göstəriş verir. Demək ki, bu, demokrayiya deyil, sadəcə olaraq, avtoritar rejimin rəhbərliyinə digərlərinin keçməsidir. Bu hadisə həm də onu isbat etdi ki, KTMT baş katibi Yuri Xaçaturovun, keçmiş prezident Robert Köçəryanın və digərlərinin həbsi məhz Nikol Paşinyanın şəxsi istəyi ilə olub”, - Markov vurğulayıb.
Qeyd edək ki, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasındakı Robert Köçəryan, Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hazırkı rəhbəri Yuri Xaçaturovun cinayət işi ilə bağlı gizli müzakirələrin əks olunduğu səs yazısı yayılıb.