​Bu gecə İstanbula PALÇIQ YAĞACAQ

Baxış sayı:
11788

Bu axşam İstanbulda palçıq yağacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Meteorologiya Departamentinin 1-ci bölgə dairəsi informasiya yayıb.
Xəbərə görə, 23 apreldə günün ikinci yarısından etibarən 24 aprel gecə saatlarına qədər palçıq yağışı davam edəcək.
Palçıq yağışının səbəbi Şimali Afrikadan gələn toz dumanının buludlarla qarışmasıdır.
Bu yağışdan Mərmərə, Egey, Qərbi Aralıq dənizi, İç Anadolu bölgələri də təsirlənəcək.