​“Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” - POLİTOLOQ

Baxış sayı:
12550

“Bu gün əsgərin silahını əlindən alan, sabah silahla üstümüzə gələcək” “Sərhəddə hər iki tərəfdən zastava olur və dövlət sərhədləri ikiqat mühafizə olunur. Maraqlıdır, bizim sərhədçilərin üzərinə hücuma gələnədək təxribatçıları gürcü sərhədçiləri niyə dayandırmayıb, onlara mane olmayıb?! Onlar bu hadisəyə görə birbaşa məsuliyyət daşıyırlar”. Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, bu barədə politoloq Nəzakət Məmmədova deyib. “Elə təxribatın daha da böyüməsinin qarşısını almaq üçün silaha əl atmaq lazım idi..” N. Məmmədova vurğulayıb ki, dövlət sərhəddi milli təhlükəsizlik məsələsidir: “Necə yəni təxribata uymaq olmaz, silahı təhvil vermək lazım imiş?! Elə təxribatın daha da böyüməsinin qarşısını almaq üçün silaha əl atmaq lazım idi ki, gələcəkdə daha böyük təxribatlar olmasın. Bu gün əsgərin silahını əlindən alan, sabah silahla üstümüzə gələcək. Sərhədi pozanlar da, onun qarşısını almayanlar da qanunu pozmuş sayılır və cinayət məsuliyyəti daşıyırlar. Bəlkə o sərhəd pozucuları narkotik qaçaqmalçılarıdır, ziyarətçi adı altında təxribat edib diqqəti yayındırır, silahı təhvil verəcəksiniz?! Əgər təxribatçılar istənilən an sərhəddi keçəcəksə, onda zastava, sərhəd mühafizəsi nəyə lazımdır?! Bu, dövlət sərhəddidir, yoxsa, karvansara qapısı?! “Qarabağ məsələsi də belə başlamışdı” Məmmədova hesab edir ki, ötən dəfəki hadisədən sonra orada sərhəd naryadı gücləndirilməli idi, sərhəd xidmətinin xüsusi təyinatlıları ora yerləşdirilməli idi: “Qarabağ məsələsi də belə başlamışdı: elə hey eşidirdik, təxribatlara uymayın! Nəticəsi göz qabağındadır. Sən təxribata uyma, qoy, təxribatçı istədiyini etsin! Bundan qabaqkı Natelaşvili insidentdən sonra oradakı sərhəd mühafizəsi gücləndirilməli idi. Görünən odur ki, Azərbaycanı Qafqazda iki xristian dövlətin ortasında sıxışdırmaq, torpaqlarını onların arasında bölüşmək siyasətinə xeyir-dua verilib. Biz isə "müdrikcəsinə" susuruq...”. Şamo EMİN