Bu dövlət şirkəti Maduronun nəzarətindən çıxdı

Baxış sayı:
21214

Venesuela müxalifətinin lideri Xuan Quaido “Citgo” korporasiyasına nəzarət etdiyini bildirib.
Muxalifet.az xəbər verir ki, bu məlumatı Quaido öz Tvitter səhifəsində yayıb
“Onlar hər şeyi oğurlamaq istəyirdilər, amma biz artıq “Citgo”ya nəzarəti əldə etmişik. Bununla biz vacib milli aktivi xilas etdik” – deyə o bildirib.
Qeyd edək ki, “Citgo” şirkətinin əsas səhmdarı Venesuelanın dövlət şirkəti olan PDVSA-dır.