Bu dəfə Amerika neft nəhəngi Azərbaycanı tərk edir - “EXXON MOBİL” “ƏSRİN MÜQAVİLƏSİ”INDƏKİ PAYINI SATIR, TƏCİLİ

Baxış sayı:
5608

ABŞ-ın neft nəhəngi Exxon Mobil Azərbaycanın iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu barədə xəbəri az əvvəl “Reuters” neft və bank sektorundakı mənbələrə istinadən bildirib.

Məlumatda deyilir ki, “Exxon Mobil” şirkətinin Azəri-Çıraq-Günəşli blokunda yataqların istismarını həyata keçirən beynəlxalq konsorsiumu tərk etməsi qlobal əməliyyatlarına yenidən baxmaq planları ilə bağlıdır.

Amerika neft nəhəngi “Əsrin müqaviləsi”indəki 6.8 faizlik payını satmağı və bundan 2 milyard dollar əldə etməyi planlaşdırır. Lakin “Exxon Mobil” şirkətinin mətbuat katibi Culiya Kinq məsələ ilə bağlı şərh vermək istəməyib: “Biz müxtəlif spekuluasiyaları və şaiyələri şərh etmirik”.

SOCAR-dan isə xəbərlə bağlı şərh almaq mümkün olmayıb.