"Bu deyib ki, güya oğlumla qızım..." - Yeniyetməni diz çökdürən kişi danışdı, HAMI ŞOKA DÜŞDÜ - Video

Baxış sayı:
709

Xəbər verdiyimiz kimi bir neçə gün bundan qabaq kişinin yeniyetməyə qarşı etdiyi qeyri-etik rəftarını əks etdirən videogörüntülər yayılıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə ilə bağlı bu gün tərəflər ATV-də yayımlanan "Bizimləsən" verilişində danışıblar.

Hadisəni törədən İsa adlı şəxs yeniyetməni onun övladları barəsində nalayiq sözlər dediyi üçün cəzalandırdığını deyib: "Mən gecə-gündüz əziyyət çəkib övladlarımı tərbiyyəli böyütmüşəm. Mənim uşaqlarım bu abır-hayada deyil. O, mənim övladlarım haqda müsəlmana yaraşmayan sözlər deyib. Hər kəsdən üzr istəyirəm. Bu deyib ki, güya oğlumla qızımı nəisə edərkən görüb".

O, bildirib ki, bu hadisədən sonra qızı bir neçə dəfə intihar etmək istəyib.

Öz növbəsində qarşı tərəf də yeniyetmənin bu şəkildə alçaldılaraq videoya çəkilməsindən sonra özünü asmaq istəməsini dilə gətirib.