BU DEPUTATLAR HƏM DƏ QRANT ALIRMIŞ - “7 minə görə qanunları pozmağa dəyərmi?”

Baxış sayı:
577

“Milli Məclis üzvünün rəhbərlik etdiyi QHT-lərə səs verdiyi büdcə hesabına maliyyələşən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant ayırmaq maraqlar münaqişəsidir”.   Bu fikirlər iqtisadçı ekspert Qubad İbadoğlunun “facebook” səhifəsindən paylaşdığı yazıdan götürülüb.

“AzPolitika.info”nun məlumatına görə, ekspertin yazısında daha sonra bildirilir: “Azərbaycan həqiqətən analoqu olmayan ölkədir. Bu günlərdə açıqlanmış Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin qaliblərinin siyahısına nəzər salanda ən azında 4 deputatın adı ilə rastlaşdım. Baxmayaraq ki, deputatların əsas işi qanun yaradıcılığı olmalıdır, amma mən yenə də onların qeyri-hökümət təşkilatlarına (QHT) rəhbərlik etmələrində qəbahət görmürəm.

Amma, Milli Məclis üzvünün rəhbərlik etdiyi QHT-lərə səs verdiyi büdcə hesabına maliyyələşən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant ayırmaq maraqlar münaqişəsidir. Axı necə ola bilər ki, səs verdiyin büdcədən qəbul olunandan sonra da qrant alasan. Adı siyahıda keçən bəzi deputatların həqiqətənmi 7 min manat qranta ehtiyacı var? Məgər, 7 min manata görə ölkənin qanunlarını pozmağa dəyərmi?

Digər tərəfdən də layihənin seçilməsinə məsul olanlar və bu qərarı verənlər bilmirlər ki, açıq maraqlar münaqişəsi yaradan layihələrə illərdir ki, dəstək verməklə hüquqi dövlət qurmaq olmaz. Maraq münaqişəsi yaradan layihələr yalnız Milli Məclis üzvlərinə deyil, həm də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinə ayrılan qrantlardır. Çünki, ikincilər də rəhbərlik etdikləri təşkilatlara qrant verilməsi ilə bağlı qərara özləri də səs verirlər.
Qanunun aliliyinə hörmət etmək lazımdır, cənablar!”

54514435_10216601267095871_5279560704335020032_n