Əbu-Dabi Həbiblə Puaryenin döyüşünə belə hazırlaşıb - FOTOLAR

Baxış sayı:
1152

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovla amerikalı Dastin Puaryenin bir neçə dəqiqə sonra baş tutacaq döyüşünə hazırdır. 

Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, rus döyüşçü paytaxt küçələrində cangüdənlərlə gəzsə də, bu, ona fanatları ilə əl sıxıb şəkil çəkdirməyə mane olmur.

Əbu-Dabidə artıq Həbibin döyüşdən əvvəl taxdığı ənənəvi papaqlarından da satışa çıxarılıb.

Bundan başqa, azarkeşlər şüşə arxasında nümayiş olunan çempionluq kəmərinin fonunda şəkil də çəkdirə bilərlər.

Küçələrdə, arena yaxınlığında milli rəqslər nümayiş olunmağa başlanıb.