Bu cür yatmaq gündə 10 siqaret çəkmək qədər zərərlidir - ARAŞDIRMA

Baxış sayı:
8251

Yeni Zelandiyada aparılan elmi araşdırmalara görə, hamiləliyin son həftələrində arxası üstə yatmaq gündə 10 siqaret çəkmək qədər zərərlidir. Buna görə hamiləliyin üçüncü trimestirində yan üstə yatmaq əvəzinə arxası üstə yatan ana namizədlərinin doğum çəkisi aşağı bir körpəyə sahib olma ehtimalları 3 dəfə çoxdur. 
Elm adamlarına görə, hamiləliyin sonlarında arxası üstə uzanmaq plasentaya (cift) qan axınını azaldır və ananın bətnindəki böyük damar böyümüş uşaqlıq tərəfindən sıxılır.
Tədqiqatçılar sözügedən araşdırmanı Böyük Britaniya, Yeni Zelandiya və Avstraliyadan olan min 760 hamilə qadının iştirakı ilə həyata keçirib. Ən azı 28 həftəlik hamilə olan qadınların yuxu vəziyyətləri nəzərdən keçirilib. Araşdırmaya qatılan bu ana namizədlərinin 57-si (3.2 faiz) əvvəlki bir ilə dörd həftə ərzində arxası üstə yatdıqlarını söyləyib.  

Araşdırmanın nəticələrə görə, bu qadınların daha az çəkili körpəyə sahib olma ehtimalının üç qat daha çox olduğu müşahidə edilib. Arxası üstə yatan anaların körpələrinin çəkisi 3 kiloqram 400 qram, yan üstə yatan anaların körpələrinin isə 3 kiloqram 550 qram olduğu ifadə edilib.
Araşdırma qrupu həmçinin hamiləliyin üçüncü trimestirində arxası üstə yatan qadınların bu formada yata bilməyən qadınlara nisbətən ölü doğulan bir körpəyə sahib olma ehtimalının iki ilə üç qat daha çox olduğunu dilə gətirib.