​Bu, bizim üçün həqiqətən bir fəlakətdir - Ərdoğan

Baxış sayı:
2788

Bu necə bir işdir? Bunun əxlaqi bir tərəfi ola bilərmi?
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin 15 millət vəkilinin İYİ Partiyasına keçməsinə münasibət bildirərkən söyləyib.
"Sənin partiyandan 15 nəfər ayrılır, guya adı "yaxşı" olan partiyaya keçir. Bu gün orada onlar oturdumu? Bu necə bir işdir? Bunun əxlaqi bir tərəfi ola bilərmi? Bu, "Günəş motel" hadisəsindən betər bir durumdur. Parlamentimizin bu vəziyyətə düşməsi, bizim üçün həqiqətən bir fəlakətdir", - Ərdoğan söyləyib.
Qeyd edək ki, bu gün CHP-nin 15 millət vəkili İYİ Partiyasının sıralarına qoşulub.