​“Bu, bizim son hücumumuz olmayacaq” - HİNDİSTANIN BAŞ NAZİRİ

Baxış sayı:
7429

Muxalifet.az xəbər verir ki, Hindistanın ultrasağ meylli baş nazir Narendra Modi Pakistanla hava toqquşmaları ilə bağlı belə deyib: “Bu, bizim terrorçulara qarşı son hücumumuz olmayacaqdır”.
Pakistan müzakirələrə açıq siyasət yürütdüyü halda Hindistanın baş naziri gərginliyi artıracaq açıqlamalar verib.
Modi dünən verdiyi açıqlamada Hindistan qırıcılarının Pakistan ərazisindəki əməliyyatı ilə bağlı belə deyib: “Bu, terrorçulara qarşı son əməliyyatımız olmayacaq. Hökumətimiz bir işi sona çatdıranda yatmaz. Yenisini həll eləmək üçün hazırlıq aparar”.