Bu beynəlxalq təşkilat israrla Ərdoğanı dəvət edir

Baxış sayı:
10207

 Dünya İqtisadi Forumu Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı israrla sammitə dəvət edir.
 
Türkiyəyə bir sıra səfərə gələn Dünya İqtisadi Forumunun (DİF) direktoru Borge Brende "Prezidenti Ərdoğan Davosda baş tutacaq 50-ci il yubileyinə dəvət edilib. Qatılıb qatılmamaq qərarı prezident Ərdoğana aiddir, ancaq o səmimi qəlbdən dəvət edilib" deyib. Ankara səfərində nazirlik səviyyəsində önəmli görüşlər keçirdiyini bildirən Brende, "Xəzinə və Maliyyə naziri  Albayrak ilə görüşümüzdə Dünya İqtisadi Forumu ilə Türkiyə arasında iş birliyini necə gücləndirəcəyimizi müzakirə etdik, forumun irəli mövzusunda fikir birliyinə vardıq. Həmçinin indi Türkiyə iqtisadiyyatının rəqabətliliyini gücləndirmək üçün iqtisadi islahatlar apardığı dövrdə bu olduqca mühümdür" deyib.
Müxalifət.az