“Bu iş başa çatıb. S-400 sistemləri alınıb” – TÜRK NAZİRDƏN AÇIQLAMA

 
Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alıb.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, bu barədə ötən gün Türkiyənin müdafiə naziri Nurettin Canikli bildirib.
“Bu iş başa çatıb. S-400 sistemləri alınıb”, - deyə nazir qeyd edib. Onun sözlərinə görə, Türkiyənin bununla məhdudlaşmaq niyyəti yoxdur: “Özümüzə məxsus havadan müdafiə sistemi yaratmaq üçün “Eurosam” konsorsiumu ilə əməkdaşlıq edəcəyik”.  
Qeyd edək ki, Türkiyə, Fransa və İtaliya noyabrın 8-də Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşü çərçivəsində havadan müdafiə yeni sistemlərin yaradılmasına dair saziş imzalayıblar.