Bu balaca qızcığaz görün indi hansı məşhur aparıcımızdır?

Baxış sayı:
7330

Aparıcı Lalə Azərtaş sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb.
BiG.AZ xəbər verir ki, aparıcının uşaqlıq fotosunu paylaşmaqda məqsədi onun haqqında yayılan estetik əməliyyat xəbərinə son qoyması ilə bağlı olub:
“Heç vaxt şərhlərlə bağlı münasibət bildirmirəm. Amma bir İnstaqram səhifəsində şəklim paylaşılıb, sağ olsunlar. Nadirən özüm haqda mənfi rəyə rast gələrəm. Həmişə xoş sözlərlə yanımdasınız. Allah razı olsun. Amma biri estetik əməliyyatlarla bağlı haqqımda qəribə məlumatlar, faktlar,hətta məni bu hala salan həkimin adını da yazıb. Əvvəlcə doyunca güldüm, sonra dedim ki, bir yaşlı Lalənin şəklini paylaşım. Bəlkə məndən yox, bu balaca qızdan utanarlar. Yaradanım gözəl rəssamdır. Necə məsləhət bilib, elə də yaradıb. Bir də anam sağ olsun”.

Bu balaca qızcığaz görün indi hansı məşhur aparıcımızdır?