​"Bu, Azərbaycanda vəkilliyin sürətli inkişafının göstəricisidir"

Baxış sayı:
151

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dünyanın ən qabaqcıl hüquqşünaslarının qatıldıqları “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfransa ev sahibliyi etməsi qardaş ölkədə vəkilliyin sürətli inkişafının göstəricisidir.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Vəkillər Kollegiyaları İttifaqının sədr müavini Hüseyn Özbək azərtac -a müsahibəsində deyib.
Konfransın yüksək səviyyədə təşkil olunduğunu vurğulayan H.Özbək bildirib ki, 20-dək ölkənin Vəkillər kollegiyalarının rəhbərlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin tədbirdə iştirakı onun əhəmiyyətindən xəbər verir. “Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Türkiyə Vəkillər Kollegiyaları İttifaqı arasında mehriban dostluq və qardaşlıq münasibətləri var. Vəkillər Kollegiyasının sədri Anar Bağırovun Türkiyəyə səfəri çərçivəsində səmərəli və məhsuldar görüşlərimiz oldu, faydalı fikir mübadiləsi apardıq. Qardaş ölkədə özümüzü evimizdəki kimi hiss edirik. Çünki biz bir millət, iki dövlətik”.