​Bu ay 5 gün iş olmayacaq

Baxış sayı:
5929

İyun ayının qeyri-iş günləri açıqlanıb. Muxalifet.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 5, 6 iyun – Ramazan bayramı, 15 İyun – Milli Qurtuluş günü və 26 İyun –Silahlı Qüvvələr günü qeyri-iş günləri hesab ediləcək. 15 İyun – Milli Qurtuluş günü həftənin şənbə gününə düşdüyündən, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin qərarına əsasən 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 17 iyun istirahət günüdür.