Bu axşam "Qalatasaray" - "Beşiktaş" derbisi var

Baxış sayı:
2599

Bu gün Türkiyə Superliqasının ən kritik qarşılaşması baş tutacaq.

Belə ki, 31-ci həftədə iki liderlik iddiaçısı “Qalatasaray” və “Beşiktaş” görüşəcək.

Matç Bakı vaxtilə saat 20:00-da “Türk Telekom” stadionunda start götürəcək.

“Qalatasaray” ilə “Beşiktaş” “Türk Telekom” stadionunda bu günə qədər 9 matç keçirib. Bu matçlarda sarı-qırmızılılar 5, ağ-qaralar isə 2 dəfə qalib gəlib. Bir qarşılaşma isə bərabərliklə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlində “Qalatasaray” 60 xalla ikinci, “Beşiktaş” isə 59 xalla üçüncüdür. Cədvələ “Başakşehir” 63 xalla liderlik edir.