​Bu Avropa ölkəsi "cibinə uyğun" sualtı gəmi alır

Polşa "cibinə uyğun" sualtı hərbi gəmi almaq niyyətindədir.
Muxalifet.az xəbər verir ki, bu barədə açıqlamanı Polşa Müdafiə naziri Antoni Maciereviz verib.
Nazir qeyd edib ki, 5 yeni gəminin alınması üçün Fransa ilə 2,75 milyard dollarlıq müqavilənin imzalanması üçün addım atılıb.
Polşalı nazir həmçinin 16 ədəd yeni hərbi helikopterin alınması üçün büdcədən vəsait ayrıldığını bildirib.