​Bu Avropa ölkələri Kiyevə qarşı çıxır

Ukrayna yaxın zamanlarda real problemlərlə üz-üzə qalacaq.
Bunu Polşa mətbuatına müsahibəsində Polşa Xarici İşlər naziri Vitold Vaşikovski söyləyib. “Biz hələlik səbirliyik. Rumıniya və Macarıstan kimi Avropa dövlətləri artıq açıq şəkildə Ukraynanın maraqlarına qarşı çıxış etməyə başlayıblar. Biz Ukraynaya başa salmaq istəyirik ki, onların yaxın zamanlarda Avropada real problemləri yaranacaq. Polşa bunları həll etməkdə Ukraynaya yardım edə bilər”, – deyə o bildirib.