​Bu asteroid Yeri yox edəcək

Kruitni asteroidi Yerə doğru hərəkət etməyə başlayıb və 2058-ci ildə onu tamamilə məhv edəcək.
Axar.az xəbər verir ki, bu iddia ilə müxtəlif ölkələrin alimləri çıxış ediblər. İddiaya görə, 1986-cı ildə astronomlar tərəfindən aşkar edilən asteroid planetimizlə orbital rezonansda hərəkət edir. Bu asteroid eyni vaxtda üç planetin - Venera, Yer və Marsın orbitlərindən keçir. Düzgün formaya malik olmayan asteroidin diametri təxminən 5 km-dir. O, getdikcə Yerə yaxınlaşaraq daha kiçik göy cisimlərinin hərəkətinə təsir edəcək. Bu isə öz növbəsində Yerə meteorit dolusunun yağmasına səbəb olacaq.