​Bu, ABŞ-ın yeni demarşıdır - Klimov

Baxış sayı:
562

ABŞ yeni sanksiyalarla Donbas və Luqanskdakı 11 noyabr seçkilərini pozmağa çalışır.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Andrey Klimov deyib.
“Aydın məsələdir ki, Rusiyaya qarşı bu sanksiyalar mərhələsi ona görə seçildi ki, Donbas və Luqanskdakı 11 noyabr seçkiləri qaçırılmasın. Bununla da bəlli olur ki, bu, ABŞ-ın yeni demarşıdır, - deyə Klimov bildirib.
Qeyd edək ki, bu gün ABŞ Krım və Donbasdakı durumdan dolayı Rusiyanın 3 fiziki şəxsinə və 9 şirkətinə sanksiya tətbiq edib.