​Bu, ABŞ-ın məğlub olması deməkdir - İran

Baxış sayı:
2158

ABŞ-ın İrana qarşı təşkil edəcəyi zirvəyə ev sahibliyi edəcək Polşaya qarşılıq vermək lazımdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Haşmətullah Fəlahətpişə deyib. O, Varşavada keçirilməsi nəzərdə tutulan zirvəni ABŞ-ın İrana qarşı yeritdiyi psixoloji müharibənin bir parçası adlandırıb:
“ABŞ bölgədəki məğlubiyyətlərinin əvəzini çıxmaq üçün bu cür addımlar atır. Polşaya veriləcək qarşılıq adi qınamalardan kənara çıxmalıdır”.
İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxani də Varşavada keçiriləcək zirvə haqqında açıqlama verib:
“”Sanksiyaları və təzyiqləri sonuna qədər artıracağam” deyən şəxs çarəni konqres və seminarlarda axtarırsa, bu məğlub olduğu mənasına gəlir”,- deyə o bildirib.
Qeyd edək ki, ABŞ Polşada fevralın 13-14-də Yaxın Şərqdə stabilliyin təmini ilə bağlı beynəlxalq sammit keçirəcək.