​Bu, ABŞ-a 5 trilyona başa gəldi - Zərif

Baxış sayı:
4300

ABŞ-ın terrorla mübarizə adı altında apardığı müharibə İŞİD və Əl-Qaidə ilə bağlı olan digər terror təşkilatlarını ortaya çıxarıb.
Muxalifet.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Cavad Zərif deyib. O, ABŞ-ın terrorla mübarizəsində 500 mindən çox insanın öldüyünü, təkcə 2016-cı ildən bu vaxta qədər 110 min nəfərin həlak olduğunu bildirib. Zərif bu istiqamətdə atılan addımların İraq, Liviya, Yəmən və Suriya kimi ölkələri dağıtdığını söyləyib.
XİN başçısı terrorla mübarizə nəticəsində ABŞ-ın 7 min vətəndaşının öldüyünü, 5 trilyon 600 milyard dollar əlavə xərcinin çıxdığını qeyd edib.