Bu 3 ölkə təsadüfi nüvə savaşı başlada bilər - Həyəcan

Baxış sayı:
2713

ABŞ, Rusiya və Çin təsadüfən nüvə müharibəsi başlada bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın “Nəşnl İnterest” nəşri yazıb.
Nəşrin yazdığına görə, hazırda müşahidə və kəşfiyyat sistemləri yalnız nüvə başlığı daşıyan ballistik raketlərin buraxılmasını deyil, qeyri-nüvə başlıqlı silahları izləmək üçün də istifadə olunur. Məhz buna görə də səhv baş verə bilər və bu səhvin nəticəsində cavab olaraq nüvə zərbəsi endirilə bilər.
Bu sahədə Rusiya Qərb ölkələrini çaşdırmaq üçün bilərəkdən nüvə başlığı daşıyan sualtı qayıqlarını, adi silahlarla təchiz olunan sualtı qayıqların yanında saxlayır. Amerikalı mütəxəssislər hesab edirlər ki, belə bir gərgin şəraitdə faciədən xilas olmaq üçün nüvə və qeyri-nüvə silahına malik birləşmələr bir-birilərindən ayrılmalıdır və ya nüvə başlıqlarını izləmək imkanlarına sahib xüsusi peyklər yaradılmalıdır.