​BTQ Asiyanı Avropaya daha da yaxınlaşdırır - Fransa nəşri

Fransanın “Lopinion.fr” portalında “Bakı-Tbilisi-Qars dəmir yolu ilə Asiya Avropaya daha da yaxınlaşır” adlı məqalə dərc olunub.

Muxalifet.az xəbər verir ki, məqalədə Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindən ətraflı bəhs edilir. Azərbaycan Prezidentinin və digər nüfuzlu qonaqların çıxışlarından sitatlar gətirilir.
Bildirilir ki, yeni dəmir yolu iki qitə arasındakı məsafəni daha da qısaltmağa imkan verəcək. Yük qatarları ilə bərabər, sərnişin qatarlarının da istismara buraxılacağı qeyd edilir.
Yazıda dəmir yollarının iqtisadiyyatın inkişafında mühüm rol oynadığı vurğulanır.