Bəstəkar Rauf ƏIiyev vəfat edib

Baxış sayı: 47

Bəstəkar Rauf ƏIiyev 70 yaşında vəfat edib.
 
 Bu barədə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib. Rauf Əliyevin ürək tutmasından dünyasını dəyişdiyi bildirir. Bəstəkar bu gün Bakıda dəfn olunacaq.
 Rauf Əliyev 1947-ci il mayın 1-də Azərbaycanın Şuşa şəhərində anadan olub.
 Rauf Əliyev 90-a yaxın  - "Azadlığa gedən yollar", "İşığını əsirgəmə", "Yalan", "Fəryad", "Azərbaycan haqqında həqiqət", "Kənar adamlar", "Qara Volqa", "Vahimə" və digər Azərbaycan filmlərinə musiqi bəstələyib, 10-a yaxın mahnının müəllifidir.
 Allah rəhmət eləsin